
Qadın qətlləri artır:“Qızlarımız ərə getmir, ərə verilirlər”
15:32 13.09.2021
Hadisə
932
Naxçıvan Muxtar Respublikasında (MR) dəhşətli qətl hadisəsi baş verib. MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib.
Cinayəti törədən Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.
Baş verənlərlə bağlı təəsüratlarını “Sherg.az”la bölüşən yazıçı-jurnalist Türkan Turanın sözlərinə görə, cəmiyyətimizdə qızların erkən ərə verilməsi geniş yayılı. O, qeyd edib ki, 18-19 yaşlı qızların ailə qurmasını normal qəbul edirlər:
“Elə bilirlər ki, belə də olmalıdır. Düşünürlər ki, qızın nikah yaşı çatıbsa, onu mütləq ərə vermək lazımdır. Düzdür, nikah yaşından aşağı-15-16 yaşlarda da ərə verilən qızlar var. Düşünürlər ki, qızın 18 yaşı tamamdırsa, evliliyə hazırdır. Bizim qızlar adətən ərə getmir, ərə verilirlər.
Bu günlərdə qadın körpəsi ilə birlikdə öldürüldü. Anası açıqlama verib ki, oğlan qızını nişanlı vaxtı da döyürdü. Həmin qadın da 19-20 yaşlarında ərə getmişdi. Qızın valideynləri “el-aləm nə deyər?” düşüncəsi ilə yaşayıb. Bu, olduqca dəhşətli bir faktdır”.

T.Turanın qənaətincə, qadın cinayətləri ilk növbədə vəhşi kişilər yetişdirildiyi üçün baş verir:
“Digər tərəfdən isə valideynlərin “ər evinə getdinsə, ancaq kəfənlə çıxmalısan” düşüncəsi qadın qətllərinin sayını artırır. Ata-ana övladına sahib çıxmır, onlar üçün əsas olan el-aləmdir. Bu səbəbdən də qadın cinayətləri baş alıb gedəcək. Çünki cəmiyyətimizdə evlilik sturukturunun təməli bərbaddır. Heç bir müsbət məqamların olduğunu müşahidə etmirik. Əksinə vəziyyət günü-gündən pisləşir. Ən əsası qadınlar maariflənmir. Bu cür olayların yaşanması isə cəhalətdən doğur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya