Qərargah rəisi: “Taxta bazarı”nda 800-1000 kvadratmetr ərazi yanıb
Yusif Nəzərli
15:14 20.04.2024
Hadisə
389
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dərnəgül şosesi "Taxta bazarı" deyilən ərazidə FHN-in 112 Qaynar xəttinə yanğınla bağlı məlumat daxil olub: "Əraziyə dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Əraziyə 70 nəfər şəxsi heyət və 15 texnika cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat veriləcək. İlkin məlumatlara görə, 800-1000 kvadratmetr ərazi yanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm