"Qorxma, qızım!": O indi ağrılarından xilas olmuş bir mələkdir
20:33 19.07.2019
Hadisə
1294
Antaliyada, milyonda bir insanda təsadüf edilən və müalicəsi tapılmayan Tay-Sachs (ferment çatışmazlığı) xəstəliyi diaqnozu qoyulan və 5 ildir yataqda tənəffüs cihazına qoşularaq həyat mübarizəsi verən Azara (6), dünən səhər keçinib. Azaranın dəfn mərasimində ailəsi və yaxınları gözyaşlarına hakim ola bilməyib.
6 il əvvəl yuxusundan qışqırıqla oyanan və xəstəxanada Tay-Sachs (ferment çatışmazlığı) xəstəliyi diaqnozu qoyulan Dərya və Məmməd Gündüz cütlüyünün tək uşaqları Azara, bu günə qədər oturmaq, danışmaq, eşitmək, qidalanma və son olaraq da tənəffüs kimi həyati funksiyasını itirib.Dünən səhər saat 10:00 radələrində qida vermək üçün qızı Azaranın otağına girən anası Dərya Gündüz, qızının hərəkətsiz yatdığını görüb. O, 112 Təcili Çağırış Mərkəzini axtararaq kömək istəyib. Evə gələn sağlamlıq qrupları, Azaranı 15 dəqiqə ürək masajı edib, ancaq həyata qaytara bilməyiblər. Gündüz ailəsinin yaxınları ilə bərabər mərasimə uşaqları müxtəlif xəstəliklə mübarizə aparan ailələr də qatılıb. Ayaqda güclə dayanan ana Dərya Gündüz, uzun müddət Azaranın tabutuna sarılıb gözyaşı töküb. Yaxınları tərəfindən təsəlli edilən ananın, "Qorxma, qızım" sözləri ürəkləri dağlayıb. Mərasimdən sonra atası, qızının axşamdan kefsiz olduğunu, səhər saat 10:00 radələrində həyata gözünü yumduğunu söyləyib. Özü üçün kədərli, qızı adına xoşbəxt olduğunu dilə gətirən ata, "Mən Azaranı cənnətdə digər yoldaşlarının yanına göndərdiyimiz üçün kədərlənmirəm. Əksinə, onun adına çox xoşbəxtəm. O indi ağrılarından xilas olmuş bir mələkdir. Uçur, oynayır, heç gəzə bilməmişdi Azara, indi gedir, qaçır, tullanır, üzür. Yoldaşlarıyla hər şeyi edir orada. Mən öz adıma və mənim kimi ailələr adına kədərlənirəm. Uşağımızı itirdik. Allahım kimsəni, düşmənimi də övladıyla sınamasın" deyə danışıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual