Saatlıda baş verən qəzada sürücü ölüb

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı şəhərində qeydə alınıb.

Saatlı sakini, 1983-ü il təvəllüdlü Zeynalov Cahid Zakir oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.