Sabirabadda ağır yol qəzası baş verib

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.

“Tofaş” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.