
Sahibsiz itlərin hücumu: Kimə müraciət edək?
13:14 10.05.2024
Hadisə
741
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisində sahibsiz itlər sakinə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Görüntülərdən də aydın olur ki, gündüz saatlarında bir neçə it küçədə yolu gedən qadına hücum edir. Çətinliklə də olsa, itlərin əlindən xilas olan qadın xəsarətlərdən qurtula bilmir. Bu, sözügedən ərazidə ilk belə hal deyil. Daha əvvəl də həmin ərazidəki sakinlər, xüsusən azyaşlılar sahibsiz itlərin hücumuna məruz qalıb.
Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq RİH tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb: “Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub.
Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən onun tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq”.
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, təəssüf hissi ilə deyirəm ki, sahibkarların, iş yerlərinin və bəzi sahələrin ən böyük problemi odur ki, bu sahəyə aid bir orqan və ya nömrə yoxdur:

“Orqan və ya nömrə varsada məlumatlandırma yoxdur. Əhali bilməlidir ki, belə vəziyyətdə kimə müraciət etmək lazımdır. Bir tərəfdən heyvansevərlik, heyvan məhəbbəti, heyvanlara qarşı mərhəmət, digər tərəfdən isə insan həyatı. Hər ikisininin ortaq xəttə gətirilib insanların müraciət edə biləcəyi bir yer olsa daha yaxşı olar. Bunun müqabilində biz görürük ki, rayonlarda, bölgələrdə və şəhərin özündə nə qədər insan bu məsələdən problem yaşayır. Məncə ölkədə sığınacaqlar çox olmadığına görə heyvanları sığınacaqlara apara bilmirlər. Heyvanlarında rahat olmasını istəyirik. Bu iş ilə məşğul olan insanlar az olduğuna görə müraciətdə azdır. Azyaşlı uşaqlarda qorxu və fobiyaları olduğuna görə kəkələmə yarana bilər. Söhbət problemli heyvanlardan gedir. Bu gün Azərbaycanda artıq bir çox ailələr evdə it, pişik saxlayır və daha da rahatdılar.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya