Salyanda zəncirvari qəza olub, yaralılar var

Salyan rayonunda bir mikroavtobus və 3 minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı mikroavtobus və "VAZ", "İnfiniti", "Mazda markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı xəsarət alan 5 nəfər Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.