Satıcını bıçaqladılar - NİYƏ?


Gəncə şəhərində mağazaya hücum edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən şərab evində qeydə alınıb.
Belə ki, iki nəfər mağazaya basqın edib, satıcı, 2004-cü il təvəllüdlü Elvin Rzayevi bıçaqlayıblar. 
Daha sonra oradan 100 manat və bir qutu siqaret götürərək qaçıblar. 
Faktla bağlı araşdırma aparılır.