Turizm Agentliyinin sədri: Şəkidə baş vermiş hadisədə xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir
16:54 14.07.2019
Hadisə
914
İyulun 14-də günorta saat 12 radələrində Şəki Xan Sarayının qarşısında baş vermiş hadisə - çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan 19 nəfərdən 12-si Azərbaycan, 5-i Suriya, 2-si isə Rusiya vətəndaşıdır. Xəsarət alanların hamısı təcili olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyətinin vəziyyəti stabildir. Dörd nəfərin səhhəti isə ağır olduğundan Bakıdan gələn təcrübəli həkim-mütəxəssislər onların paytaxta göndərilməsi barədə qərar veriblər. Hazırda onlardan üçü FHN-nin helikopteri, biri isə təcili yardım avtomobili ilə Bakının tibb müəssisələrinə göndərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəkidə jurnalistlərə açıqlamasında məlumat verib.
Qurumun sədri bildirib ki, hadisə baş verən kimi Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gəlib. Digər əlaqədar dövlət qurumlarının nümayəndələri də hadisə ilə bağlı Şəkidədirlər.
Agentliyin sədri bildirib ki, sosial şəbəkələrdə hadisə zamanı ölənlərin də olduğu barədə məlumatlar yayılır. Bu, tamamilə yanlış məlumatdır. Hadisə zamanı yalnız 19 nəfər müxtəlif dərəcədə xəsarətlər alıb.
F.Nağıyev baş vermiş hadisə nəticəsində xəsarət alan şəxslərin sağlamlıq durumunun dövlət başçısının xüsusi nəzarətində olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm