Türkiyənin Düzcə vilayəti sahillərində, Qara dənizdə PUA (pilotsuz uçuş aparatı) olduğu ehtimal edilən obyekt aşkarlanıb.
Sherg.az xəbər verir ki, İHA-nın məlumatına görə, ərazi polis və sahil mühafizə qüvvələri tərəfindən mühasirəyə alınıb.
Hazırda obyektin mənşəyi və hansı tip pilotsuz uçuş aparatına aid olduğu müəyyənləşdirilir.