Türkiyədə mərasimdə 400-ə yaxın insan zəhərlənib

Türkiyənin Bursa vilayətində keçirilən mərasimdə iştirak edən təxminən 400 nəfər zəhərlənmə şikayəti ilə həkimlərə müraciət edib.

Sherg.az xəbər verir ki, yerli sakinlərdən 70-dən çoxunun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Sanitar xidmətlər mərasimdə təqdim olunan yeməklərdən nümunələr götürüb və hadisənin səbəblərinin araşdırılmasına başlanılıb. İlkin ehtimala görə, zəhərlənməyə düyü ilə təqdim olunan toyuq yeməyi səbəb olub.