Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Sherg/az-a verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Alıyev saxlanılıb.

Ondan ümumilikdə 8 kiloqramdan artıq narkotik vasitə və 180 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.