ANAMA sədri: Azərbaycan istehsalı texnika Ukraynada minatəmizləmə işlərinə cəlb edilib

Minatəmizləmə işlərində qısa bir müddətə yerli istehsal olan texnikalardan istifadə olunub.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, iki cür minatəmizləmə maşınları minaaxtarma işlərinə cəlb olunub.
"Hazırda ərazidə bu maşınlar çalışır. Qeyd edim ki, artıq bir yerli minatəmizləmə texnikası Ukraynada minatəmizləmə işlərinə cəlb edilib", - o deyib.