Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, - məlumatda deyilir.
Məsələni "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, bu tam zamanında və yerində verilmiş bir qərardır:
"Turkiyə-Rusiya birgə monitorinq mərkəzi 2020-ci ildə 44 günlük müharibə və 10 noyabrdan sonra Rusiya sülhməramlılarının Qarabağa yeridilməsi ilə qurulmuşdur ki, Rusiya-Türkiyə mütəxəsisləri ərazilərimizdə baş verə biləcək konfliktli stiuasiyaların monitorinqini, təhlükələrin, təxribatların qarşısını alsınlar. Artıq elə bir şərait yarandı ki, Rusiya-Türkiyə hərbçilərinin Ağdamdakı monitorinq mərkəzindəki fəaliyyətlərinin subyekti qalmadı. Yəni, onlar ilkin yerləşdirilmə təyinatına görə, Qarabağda ermənilərlə birgəyaşayışın təminatı zamanı öz fəaliyyətlərini icra edirdilər. Ermənistan birtərəfli qaydada Qarabağdakı ermənilərin ölkələrinə qayıtmasını gerçəkləşdirdikdən sonra, onların fəaliyyətinə ehtiyac qalmayıb. Həmin ərazilərə Azərbaycan Silahlı Qüvvələrinin güc strukturları şərti sərhəddə qədər istiqamətləri tam təmin edirsə, Rusiya-Türkiyə mütəxəsislərinə gərək qalmır. Ancaq Türkiyə ilə birgə fəaliyyətimiz "Şuşa Bəyannaməsi"-dən sonra, orduların eyniləşdirilmə prossesi və hərbi- texniki əməkdaşlıq daim davam edəcək. Ağdamdakı rus-türk hərbçiləri ölkələrinə geri çağırılacaq. Ola bilsin ki, Türkiyədəki mütəxəsislər birgə təlim mərkəzlərimizdə fəaliyyətlərini davam etdirsinlər. Cənubi Qafqazda Azərbaycanın müdafiə doktirini və müdafiə konsepsiyasıTürkiyə ilə bərabər həyata keçiriləcək. Vahid hakim hava proqramları çərçivəsində havadan müdafiə sistemi eyniləşdiriləcək. Ona görə də Türkiyə ilə bütün istiqamətlərdə münasibətlərimiz güclənəcək".