
Bayramda kiberdələduzlar artıb: "Çox yaxşı təkliflər" həmişə şübhə doğurmalıdır -RƏY
08:53 17.03.2025
Cəmiyyət
489
Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar.
"Xəzər" TV məlumat verir ki, son günlərdə məşhur banklardan birinin adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir.
SMS bölməsində Ramazan və Novruz bayramları öncəsi yaxşı şərtlə pul vəsaiti, həmçinin hədiyyələr təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.
Kiberdələduzlar prosesi o qədər peşəkarlıqla yaradıblar ki, bu, vətəndaşlarda şübhə yaratmır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə deyir ki, kiberdələduzlar bu üsulla insanların kart hesablarında olan pulları rahatlıqla mənimsəyə bilirlər.
Mütəxəssis hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqdan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmağı məsləhət görür.
Daxili İşlər Nazirliyi (DİN) də vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir.
Qeyd edək ki, kiberdələduzların qurbanı olmamaq üçün ilk növbədə şəxsi məlumatları məxfi saxlamaq lazımdır.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, son zamanlar kiberdələduzlar Ramazan və Novruz bayramları kimi xüsusi günlərdən sui-istifadə edərək insanları aldatmaq üçün yeni üsullara əl atırlar:

“Onlar məşhur bankların adından saxta veb-səhifələr yaradır, vətəndaşlara fişinq mesajları göndərərək guya bayram münasibətilə pul hədiyyələri və ya sərfəli kredit təklif edirlər. Əslində isə bu mesajlar insanların şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyır. Belə hallardan qorunmaq üçün bir neçə əsas məqama diqqət yetirmək vacibdir. İlk növbədə, heç bir rəsmi bank və ya maliyyə qurumu SMS və ya e-poçt vasitəsilə istifadəçilərdən şəxsi məlumatlarını daxil etmələrini tələb etməz. Əgər mesajda link yerləşdirilibsə və sizdən bank kartı məlumatlarınızı, PIN kodu və ya şifrəni daxil etmək tələb olunursa, bu, fişinq hücumunun əlamətidir. Belə mesajlara heç bir halda cavab verilməməli, göndərilən linklər açılmamalıdır. Bundan əlavə, "çox yaxşı təkliflər" həmişə şübhə doğurmalıdır. Pulsuz pul vədləri, faizsiz kreditlər və ya qeyri-real hədiyyə kampaniyaları əksər hallarda fırıldaqçılıq məqsədi daşıyır. Bunun üçün istifadəçilər veb-səhifələrin domen adını diqqətlə yoxlamalıdırlar. Dələduzlar rəsmi bank saytlarına çox oxşar ünvanlardan istifadə edərək insanları çaşdırmağa çalışırlar. Məsələn, orijinal domeni dəyişdirərək əlavə simvollar və ya fərqli hərflər daxil edə bilərlər. Bu səbəbdən, bank və ya digər rəsmi qurumlarla bağlı hər hansı əməliyyat aparmazdan əvvəl onların rəsmi saytına daxil olub məlumatları dəqiqləşdirmək vacibdir. Bu tip hücumlar təkcə SMS və e-poçt vasitəsilə deyil, həm də sosial şəbəkələrdə yayılan saxta reklamlarda və messencerlərdə aktiv şəkildə istifadə olunur. İnsanlar yalnız rəsmi mənbələrdən gələn informasiyalara inanmalı, tanımadıqları şəxslərdən gələn keçidlərə daxil olmamalı və kibertəhlükəsizlik qaydalarına riayət etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya