
Martda temperaturun yüksək olması ağaclar, çiçəklər üçün yaxşı deyil - EKOLOQ
Yusif Nəzərli
03:42 18.03.2025
Ekologiya
472
Bir balaca havanın temperaturu, yağışın miqdarı normadan aşağı düşən, ya da yüksək olan kimi adını qoyurlar qlobal istiləşmə
Qışın sərt keçməsi yayda gözlənilən hava şəraiti ilə bağlı fərziyyələrə səbəb olub. Ənənəvi olaraq, bu prosesin həddindən artıq istilərə yol açacağı düşünülür. Sabaha gözlənilən hava proqnozunun da 30 dərəcə olması deyilənləri doğrulayır.
Son dövrlərdə ciddi iqlim dəyişikliyinin müşahidə olunduğunu vurğulayan ekoloqlar da hesab edir ki, hər fəslin özünəməxsus hava şəraiti olmalıdır. Amma son bir neçə ilin təcrübəsi göstərir ki, yaz fəslini itirmişik, qışdan birbaşa yaya keçirik.
Qeyd edək ki, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Ekoloq Ənvər Əliyev isə “Sherg.az”a açıqlamasında iqlim dəyişilmələrinin və təkrarlamalarının olduqca mürəkkəb və dəyişkən proses olduğunu deyib. Onun sözlərinə görə, burada qanunauyğunluğu tutmaq olmur:
“Müqayisə üçün 1-2 ilin göstəricilərinə yox, çoxillik rəqəmlərə baxmaq lazımdır. Analoji rəqəmlər müxtəlif illərə qeydə alınır. Hətta sinoptiklər havanın temperaturunun hansı ildə, hansı tarixdə təkrarlandığını da müəyyən edirlər.
Məsələn, 70-ci illərin mətbuatının araşdırmalarında qeyd edilib ki, Bakı, Sumqayıt şəhərlərindəki metereoloji stansiyalarda 1 qram belə yağıntı aşkar olunmayıb. Hansı ki o zamanlar iqlim dəyişikliyi, qlobal istiləşmə kimi terminlər mövcud deyildi.
İqlim dəyişikliyinə səbəb olan amillərin heç biri dəyişilməyib. İqlimi yaradan amillər orta məktəb dərsliklərində də qeyd edilib. Bir balaca havanın temperaturu, yağışın miqdarı normadan aşağı düşən, ya da yüksək olan kimi adını qoyurlar qlobal istiləşmə. İqlim normalarının dəyişkənliyi, temperaturun qalxıb-düşməsi hamısı təbiət hadisəsidir və zaman-zaman da anomal hallar təkrarlana bilir.
Ümumiyyətlə, kainatda bütün hadisələr dövrilik qanunauyğunluqlarına tabe olur. Günəşdə 11 ildən bir dövrilik qanunu baş verir”.
Ekoloqun sözlərinə görə, mart ayında havanın temperaturunun yüksək olması ağaclar, çiçəklər üçün yaxşı deyil:
“Bu istilərdən sonra havanın temperaturunun düşməsi, şaxtanın düşməsi ağacların çiçəklərini tökəcək. Ağac budamalarını, ştillərin üzərindəki selofanları açmaq üçün tələsmək lazım deyil. Ayın axırını gözləmək lazımdır ki, görək havalar necə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq