Polad Həşimovun xatirəsi yad edilib
Yusif Nəzərli
07:47 02.01.2024
Hərbi
659
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə məzarı ziyarət olunub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müdafiə Nazirliyinin bir qrup zabiti və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan danışılıb, onun həyatının gənc zabitlərə örnək olduğu xüsusi vurğulanıb. General-mayor P.Həşimovun hərbi xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən orden və medallarla təltif edildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində xüsusi xidmətlərinə və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq Sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2019-cu il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor P.Həşimov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Milli Qəhrəmanın məzarı üzərinə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual