Ümit Davala və Hasan Şaşın koronavirus testi mənfi nəticə verib - YENİLƏNİB


"Qalatasaray"ın köməkçi-məşqçiləri Ümit Davala və Hasan Şaşın koronavirusa yoluxması təkzib olunub.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssislərin, eyni zamanda futbolçuların testi mənfi nəticə verib.

Hazırda karantində olan "Qalatasaray"ın məşqçilərinin koronavirusa yoluxmadıqları bildirilir.

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim koronavirus xəstəliyinə yoluxub.

***

Saat. 23:38

"Qalatasaray"da daha 3 nəfər koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, komandanın iki məşqçisi və bir futbolçusu karantinə alınıb.

Məşqçilər Ümit Davala, Hasan Şaş və adı açıqlanmayan bir oyunçunun testinin nəticəsi müsbət çıxıb. Onlar artıq həkim nəzarətinə alınıblar.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də koronavirus xəstəliyinə yoluxub.