Baş məşqçi koronavirusa yoluxdu


İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mixayloviç koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Koronavirus testi müsbət çıxan serbiyalı mütəxəssis iki həftə karantində qalacaq.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis qan xərçəngindən də əziyyət çəkir.