21 yaşadək futbolçulardan ibarət komandalar (U-21) arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.
Fransa Futbol Federasiyasının saytı xəbər verir ki, baş məşqçi Silven Ripol sentyabrın 4-də Qoridə Gürcüstana, sentyabrın 7-də Sumqayıtda Azərbaycana qarşı oyunlara yeddi legioner futbolçu da çağırıb.
Bu legionerlərdən ən məşhuru İngiltərənin “Arsenal” klubunun dayaq yarımmüdafiəçisi Mateö Qenduzidir. Həmçinin bu ay “Sevilya” ilə UEFA Avropa Liqasının qalibi olmuş Jül Kunde də millimizlə oyuna çağırılıb.
Qapıçılar: Dimitri Berto (“Monpelye”), Alban Lafont (“Nant”), İlan Meslye (“Lids”, İngiltərə);
Müdafiəçilər: Benua Badiasil (“Monako”), Melvin Bard (“Lion”), Kolin Daqba (PSJ), Bafode Dyakite (“Tuluza”), Bubakar Kamara (“Marsel”), Jül Kunde (“Sevilya”, İspaniya), Krist-Emanuel Faytut Mauassa (“Renn”), Obit Van Ndika (“Ayntraxt”, Almaniya);
Yarımmüdafiəçilər: Maksens Kakere (“Lion”), İbrahima Diallo (“Brest”), Mateö Qenduzi (“Arsenal”, İngiltərə), İmran Luza (“Nant”), Arno Nördin (“Sent-Etyen”), Jef Reyn-Adelaid (“Lion”), Bubakari Sumare (“Lill”);
Hücumçular: Mussa Diabi (“Bayer”, Almaniya), Erik Dina Ebimb (“Dijon”), Amin Quiri (“Nitsa”), Brian Mbeumö (“Brentford”, İngiltərə), Ödsön Eduard (“Seltik”, Şotlandiya).
Qeyd edək ki, U-21-in Fransa ilə matçı sentyabrın 7-si saat 21:00-da start götürəcək.