Almaniyada ilin futbolçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, "Kicker" nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında apardığı sorğunun qalibi "Bayern Münich"in və Polşa millisinin hücumçusu Robert Levandovski olub. Forvard 276 xal toplayıb.
Levandovskini "Bayern"dəki komanda yoldaşı Tomas Müller izləyib - 54 xal. Üçüncü yeri Münhen təmsilçisinin digər bir ulduzu Coşua Kimmix tutub - 49 xal.
Qeyd edək ki, Levandovski 2019/20 mövsümündə "Bayern"in heyətində meydana çıxdığı 47 rəsmi oyunda 55 qol vurub və 10 məhsuldar ötürmə edib.