Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu il keçirilməli olan millimizin iki oyunu təxirə salınıb.
AFFA-nın saytı xəbər verir ki, sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVID-19 pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salınıb.
Qeyd edək ki, bu qarşılaşmaların 2021-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.