İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu həbs oluna bilər.
“Matchtv” xəbər verir ki, bu iddianı tanınmış ispaniyalı jurnalist Gilerme Balage irəli sürüb.
“Əgər X.Bartomeu L.Messini ucuz qiymətə satsa, növbəti prezident onu klubun aktivləri ilə pis idarə etməkdə ittiham edə bilər. Bu, onun öz cibindən böyük pul xərcləməsi və hətta həbsi ilə bitə bilər! Buna görə də, X.Bartomeu L.Messinin klubu tərk etməməsi üçün sona qədər mübarizə aparmalıdır”, - jurnalist öz “Twitter” səhifəsində yazıb.
Qeyd olunur ki, klub L.Messinin dəyərini 700 milyon avro qiymətləndirir.
L. Messinin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.