Yanvarın 29-da AFFA-nın növbəti konfransı keçiriləcək.
AFFA-nın saytı xəbər verir ki, konfrans saat 11:00-da başlayacaq.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabrdakı iclasında qəbul olunmuş müvafiq qərara əsasən, bu tədbir videokonfrans formatında keçiriləcək.