“Arsenal” “Barsa”nın qapıçısını transfer etmək istəyir

Londonun “Arsenal” klubu “Barselona”nın 31 yaşlı braziliyalı qapıçısı Neto ilə ciddi şəkildə maraqlanır.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Yay transfer dövründə qapıçının keçidində şəxsən “Arsenal”ın baş məşqçisi Mikel Arteta maraqlı olub. Hazırda London klubu öz qapıçı resurslarını gücləndirmək və Netonu icarəyə götürmək istəyir.
Qeyd edək ki, “Barselona” qapıçısı üçün 21 milyon avro tələb edib.