3 çempionat və artan rəqabət - Şərh


Azərbaycanda da çox izlənən İspaniya çempionatinda növbəti turun oyunları keçirilib. La liganin mərkəzi görüşü andalusiya derbisi ilə yadda qalıb. “Sevilya” əzələ rəqibi “Real Betisi” qəbul edib. Gərgin keçən oyunda baş hakim nə az nə çox düz 10-dəfə əlini cibinə atmag məcburiyyətində qalıb. Matçin 27-ci dıqiqəsində En-Nesiri hesabı açib. Oyunun qalan hissəsində tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib. Beləliklə xalların sayını 51-ə çatdıran “Sevilya” 4-cü pillədəki yerini möhkəmlədib.

“Real Betis” isə 42 xalla 6-ci pillədə qərarlaşıb.”Atletiko Madrid” səfərdə “Xetafenin” qonağı olub. Meydan sahibləri matçın son 20 dəqiqəsini azliqda keçiriblər. Buna baxmayaraq, “Atletiko” azlıqda oynuyan “Xetafenin” müqavimətin qıra bilməyib (0:0). “Barselona” qələbə qazanacagı təqdirdə Madrid təmsilçisiylə xal fərqini 4-ə endirmiş olacaqdı. Kral klubuna gəlincə isə “Elçeni” qəbul edib. Matçin 61-ci dəqiqəsindən geri düşən “Real Madrid” oyunun sonuna 17 dəqiqə qalmış Kərim Benzemanın dublu sahəsində qələbə qazanıb 2:1. Madrid təmsilçisi Atletikodan 6 xal geri qalir. Sona 11 tur qalmiş İspaniya çempionatında bizi maraqlı sonlug gözləyir.

İngiltərə cempionatinin hazirki vəziyyətinə nəzər salaq. Premiyer liqada növbəti turun oyunlari kecirilib.

“Mançester Siti” liderliyini bir qədər də möhkəmlədıb. Şəhərlilər bu dəfə “Fulhemi” 3:0 hesabiyla məglub ediblər. Qaliblərin heyətində Con Stouns, Qabriel Jesus və Serxio Aguero fərqləniblər. Beləliklə 71 xala malik Siti ən yaxin izləyicisi “Mançester Yunaytedi” 14 xal qabaqlayaraq cempionluğa bir qədər də yaxınlaşıb. “Fulhem”ə gəldikdə isə London klubu 26 xalla 18-ci pillədə qərərlaşıb. Arsenal  4 oyun sonra əzəli rəqibi Tottenhemi premyer liqada məglub edib 2:1. Hər iki komandaya 3 xal lazim idi, bu baxımnan bizi 90 dəqiqə maraqlı mubarizə gözlənməsi ehtimal olunurdu. Belə də oldu. Oyunun 19-cu dəqiqəsində Tottenhemin hücümcusu Son zədələnərək yerini Lamelaya buraxib. Argentinali ounçu 33-cü dəqiqədə baxımlı qola imza atsa da komandasının məglubiyyətdən qurtara bilməyib. Getdikcə təşəbbüsə yiyələnən topçular matçin 44-cu dəqiqəsində Martin Edeqor, 64-cu dədiqəsində isə penaldan Alexsand Lakazetin vurdugu qollarla aktivinə 3 xal yazdırıb. “Lester” komandası “King Pover Arena”da autsayder “Şeffild Yunaytedi” darmadagın edib 5:0. Oyunun ilk dəqiqələrindən rəqibə göz acmaga imkan verməyən Tülkülər matçin 39-cu dəqiqəsində İhenaçonun fəalligı nəticəsində hesabi açıblar, nigeriyali hücumcü daha iki qol vuraraq komandasının qalibiyyətdə əsas pay sahibi olub. O 69 və 78-ci dəqiqələrdə fərqlənib. Digər qolları isə oyunun 64cu dəqiqəsində Ayoze Peres, 80-ci dəqiqədə isə Ethan Ampadu avtoqola imza atib. Turun mərkəzi görüşündə isə  “Mançester Yunayted” “Vesthem Yunayted”lə üz-üzə gəliblər. “Old Traffor” stadioununda keçirilən maçda yeganə qolu oyunun 53-cü dəqiqəsində Craig Davson imza atib. Beləliklə 57 xala malik Mançester 2-ci pillədə qərarlaşıb, 48 xalı olan Vesthem isə 5 ci pillədədir. Növbəti tur Vesthem Arsenalı qəbul edəcək, qırmızı şeytanlar isə “Old traffor”da Premyer Liqada qalmag uğrunda mübarizə aparan “Brayton”u sınağa çəkəcək.

İtaliya “Seriya A”da 27-ci turun oyunları keçirilib.Turun mərkəzi görüşü Milan şəhərində baş tutub. Şəhərin eyni adli komandası öz evində Napolini qəbul edib. “Seriya A”nın qış transfer pəncərəsinə qədər baxsaq, nəhayət 10 il sonra “Milan”ın çempion olacağını çoxumuz ehtimal edirdik. Lakin “İnter”in 2 əsas hücumçusu Romelu Lukaku və Lautaro Martinez İnterin qələbələrəni sıralamaqda əsas pay sahibi olduqlarini deyə bilərik. Bu tur Milan Napoliyə 0-1 hesabiyla məglub oldu. Nəzərə alaq ki, Napoliyə də qələbə hava və su kimi lazım idi.

Onlar “Uefa Çempionlar Liqası”nın 2021-2022-ci il qrup mərhələsində iştirak etmək üçün mubarizəsini davam etdirirlər. “Yuventus” Çempionlar liqasi uğursuzluğundan sonra bütün fikrini Seria A və İtaliya Kubokunun final oyunu “Atalantaya” yönəldib. Yuventus Cagliarinin qonağı olub. Dünya futbolunun canlı əfsanələrindən olan Kriştianu Ronaldu bu görüş xetriklə yadda qalıb, o digər futbol əfsənəsi dünya çempionu olan  Peleni qol sayında geridə qoyub. İnter də bu tur qələbə qazanıb, Lukaku və Lautaro yenidən fərqlənib. Səfərdən 3 xalı aktivinə yazdıran İnter əzəli rəqibi Milani artiq 9, aktivində bir oyun az keçirmiş Yuventusu isə 11 xal geridə qoyaraq inamla Skudettoya doğru addımlayır.

“Atalanta”dan da yan keçə bilməzdik. Son illər uğurlu hücum futbolu sərgiləyən Berqamo təmsilçisi, bu il də uğurlu oyunları ilə yadda qalır. Beləliklə, son turda evində Speziani məğlub edən Atalanta 4-cü pillədə qərarlaşıb. May ayında Yuventusla İtaliya  Kubokunun finalında üz-üzə gələcək Atalanta 58 il fasilədən sonra Kubok İtaliyanı başı üzərinə qaldirmaq üçün əlindən gələni edəcək.

Beləliklə, İspaniya, İngiltərə və İtaliya çempionatlarında sona az qalıb. Bəzilərində çempionluğa yaxın komandalar müəyyənləşmək üzrədir, digərlərində rəqabət son turlara qədər davam edəcək. Çempionatlardakı oyunlar koronavirusa görə əvvəlki kimi tamaşaçısız keçirilsə də, oyunlara və mübarizəyə maraq azalmayıb.

Nizami Quliyev/idman şərhçisi