İtalyanlar getdi, növbə ingilislərindir


Avropanin en nüfuzlu turnirinde 8/1 final mərhələsinin iki cavab görüşü baş tutub.“Real Madrid” İspaniyada “Atalanta”nı qəbul edib, ilk oyunda 70 dəqiqəyə yaxin azlıqda keçirən Berqamo təmsilçisi, oyunun sonuna 5 dəqiqə qalmış qapısında top görüb. Real nəhayət 3 illik fasilədən sonra 4/1   final mərhələsinə vəsiqə qazanmağa ümüdlü idi və ilk oyuna qədərdə favoritin məhz Madrid klubunun olacagını deyə bilərdik. “Atalanta”ya gəldikdə isə “Seria A”da rəqib torunu silkələmək baxımından 2-ci pillədədir, və son 6 oyunda 5 qələbə qazanıb, yalniz lider “İnter”ə 1-0 hesabiyla məğlub olub. Ancaq nəhənglərlə oyunda Atalantaya sankı hər zaman nəsə çatışmır, bu gecə də biz bunun şahidi olduq.

Matçın 34-cü dəqiqəsində qonaqların qapıçısı Sportiello topu uzaqlaşdırarkən səhvə yol verib, beləcə topu yaxalayan Modriç Benzemaya otürüb, o isə öz növbəsində Modriçin ötürməsini qola çevirib. 2-ci hissədə də Atalanta futbolçuları meydanın mərkəzində səhvə yol verdilər və bu top itkisi penaltiyə səbəb oldu. Görüşün 60-cı dəqiqəsində penaltidən fərqlənən Serxio Ramos Maridlilərin üstünlüyünü bir qədərdə də möhkəmləndirdi.

Atalantada qollardan birinin əvəzini 83-cu dəqiqədə çıxıb, Luis Muriel cərimə zərbəsindən baxımlı qola imza ataraq az da olsa komandasını ümüdləndirib.

Lakin meydana yeni daxil olan Marko Asensio 85-ci dəqiqədə Sportiellonu 3-cü dəfə topu tordan çıxarmağa məcbur edib. Beləliklə İtaliyanin artıq 4 komandasından 3-ü turnirdə mübarizəni dayandirib, yalniz “Latsio” klubunu böyük ehtimal son 1 oyun gözləyir, onlar isə öz növbəsində Romada Bayern Munxenə 1-4 hesabıyla məglub olublar. Beləliklə 2015/2016-cı ildən bu yana böyük ehtimal avropanin ən nüfüzlu turniri İtalyanlarsız keçəçək.
Turnirin növbəti oynuna gəldikdə isə “Mançester Siti” “Borusiya Münxenqlad”baqla üz-üzə gəldı. Pandemiya səbəbiylə ilk görüşdə olduğu kimi bu görüşdə Macarstanın “Puşkaş Arena”da baş tutub.

İlk oyunda 2-0 hesabiyla qələbə qazanan “Mançester Siti” bu görüşdə də qələbə qazanacağı ehtimal olunurdu. Beləliklə ilk 20 dəqiqədə fərqlənən De Bruyne və İlkay Gundoğan komandanın qələbə qazanmaqda əsas pay sahibi olublar. “Borusiya Munxenqlanba”nın Bundesliqada da bəxti gətirmir, son 6 oyunda 5 dəfə məğlubiyyətlə üzləşiblər. “Mançester Siti”yə gəldikdə isə Premyer Liqa-da hər növbəti qələbə ilə çempionluğa doğru irəlləyirlər. Siti ən yaxin izləyicisi “Mançester Yunayted”i 14 xal qabaqlayır. “Mançester Siti”nin Çempionlar Liqasında ən uğurlu mövsümü 2015/2016 cı ildə baş tutub, həmin vaxt komanda turnirin finalına bir addim qalmış “Real Madrid”ə iki oyunun nətıcəsinə görə məğlub olub. Turnirdə və tarixində ilk dəfə kuboku başı üzərinə qaldırmaq niyyəti olan “Mançester Siti” sona qədər mubarizə aparacağın ehtimal edə bilərik.

Nizami Quliyev/İdman şərhçisi