Türkiyədə komandanı daşıyan avtobusu daşa basdılar

Türkiyənin "Giresunspor" klubunun avtobusuna daşla hücum ediblər.

Qol.az xəbər verir ki, bu, 1-ci liqanın 27-ci turunda "Samsunspor"la səfər matçından (2:0) sonra baş verib. Nəticədə avtobusun şüşələri qırılıb. Hətta daşlardan biri komandanın kapitanı Eren Tozlunun əlinə dəyib. 
 
Hadisə yerinə polis gəlib və komanda başqa bir avtobusa yerləşdirilib.

Qeyd edək ki, "Giresunspor" turnir cədvəlində 56 xalla liderdir. Aktivində 51 xalı olan "Samsunspor" isə 2-cidir.