Kapitan Avroliqanın finalında oynamayacaq


“Mançester Yunayted” Avropa Liqasının final oyununa ciddi itki ilə çıxacaq.

Qol.az xəbər verir ki, “qırmızı şeytanlar”ın kapitanı Harri Maquayr zədə səbəbindən "Vilyarreal"la keçiriləcək həlledici matçı buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer yerli mətbuata açıqlama verib.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 26-da oynanılacaq.