Qvardiola yenə Messini təriflədi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın kapitanı Lionel Messi haqqında danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:

"O ən güclü oyunçudur. "Barselona"da işlədiyim vaxtlarda çoxlu məşq, oyun keçirmişik. Messi heç bir epizodda uduzmayıb. Əgər elə olsaydı, komandadan ayrılardı. Hamımız Messinin ən yaxşı olduğunu bilirik".

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatacaq. "Şəhərlilər"in rəhbərliyi isə onu heyətinə qatmaqda israrlıdır.