Kapitan Avropa Liqasının finalını buraxacaq

İngiltərə "Mançester Yunayted"i Avropa Liqasının finalında İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək.

Sherg.az matc.az-a istinadən bildirir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Harri Maquayr həlledici matçı buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib. Yerli mətbuata danışan norveçli mütəxəssis, kapitanın zədə səbəbindən final matçını buraxacağını bildirib.
 
"Mançester Yunayted"lə "Vilyarreal" arasında keçiriləcək Avropa Liqasının final matçı mayın 26-da oynanılacaq.