“Lill” 10 ildən sonra Fransa çempionu olub


Fransa Liqa1-də 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qızıl medalçının adına XXXVIII – sonuncu turda aydınlıq gəlib.

“Anje”nin qonağı olan lider “Lill” zirvəni sona qədər əldən verməyib. Conatan David (10-cu dəqiqə) və Burak Yılmazın (45+1) qolları sayəsində 2:1 hesablı qələbə qazanan Kristof Qaltyerin yetirmələri 83 xalla mövsümü ilk pillədə tamamlayıb.

Bununla PSJ-nin ardıcıl 3 mövsümlük çempionluq seriyasına son qoyan “Lill” 10 ildən sonra ilk, ümumilikdə isə 4-cü dəfə Fransa yüksək liqasının qızıl medallarına layiq görülüb.