AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXVIII turun “Neftçi” – “Qarabağ” oyununda baş verənlərlə əlaqədar tədbirlər görüb.
"Report"un məlumatına görə, meydan sahiblərinə 2 400 manat, qonaqlara isə 1 000 manat cərimə kəsilib.
Bildirilir ki, görüş zamanı hesab tablosu işlək vəziyyətdə olmayıb, mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmayıb və dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olublar. Göstərilən üç çatışmazlığın hər biri ilə əlaqədar flaqman 800 manat ziyana düşüb.
“Qarabağ” isə mühafizəçilərinin Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olmaları səbəbindən 800 manat cərimələnib. Daha 200 manat cərimə komandanın futbolçusu Elvin Cəfərquliyevin ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılması səbəbindən kəsilib. Cəfərquliyevin özü isə 1 oyunluq cəzalanıb.
Qeyd edək ki, "Neftçi" "Qarabağ"ı 1:0 hesabı ilə yenərək, qızıl medal qazanıb.