“Barselona” keçmiş oyunçusu Mikel Artetanı baş məşqçi postuna gətirə bilər.
Bu barədə “Marca” yazıb.
Nəşr qeyd edir ki, Ronald Kuman artıq qarşıdakı həftələrdə qovula bilər. Xavi isə Qətərin “Əl-Sadd” klubundan ayrıla bilmir. Bu halda baş məşqçi postuna ən ideal namizəd kimi Artetanın adı irəli sürülür.
Xatırladaq ki, Mikel Arteta hazırda “Arsenal”ın baş məşqçisidir.