Bu gün futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, yığmamız bu gün Türkiyə ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
Canni de Byazinin yetirmələri məğlubiyyət seriyasına Alanyada son qoymağa çalışacaq. Bu il keçirdiyi üç matçda uduzan millimiz AVRO-2020-nin final mərhələsinə hazırlaşan rəqibə uduzmamaq niyyətindədir. Şenol Günəşin yetirmələri isə ilin ən önəmli sınağı ərəfəsində ilk yoxlama oyununa çıxacaq.
Yoldaşlıq oyunu
27 may
21:00 Türkiyə - Azərbaycan
Baş hakim: Genc Nuza (Kosovo)
Alanya. “Oba” stadionu