Fransanın “Lill” futbol klubunun heyətində Fransa çempionluğunu bayram edən türkiyəli hücumçu Burak Yılmaz gələcək karyerasına dair açıqlama verib.
“HaberGlobal” məlumat verir ki, Türkiyə millisinin təlim məşq toplantısında jurnalistlərin suallarını cavablandıran 35 yaşlı futbolçu təkliflərin olmasına rəğmən hələ qərar verməyə tələsmədiyini söyləyib.
“Allaha şükürlər olsun ki, gözəl bir futbol həyatı yaşadım. Futbolda başıma gəlməyən iş qalmadı: qovuldum, icarəyə verildim, qol kralı oldum... Yaxşı həyatı da, pis həyatı da gördüm”, deyə hücumçu bildirib.
Hücumçu hazırda bütün diqqətini qarşıdan gələn futbol üzrə Avropa çempionatına ayırdığını vurğulayıb:
“Təkliflər varmı? Var, gözəl təkliflər var. Ancaq indi fikrimi İtaliyaya qarşı oyuna kökləmişəm”