"Milan"ın futbolçusu Hakan Çalhanoğlunu daha bir İngiltərə klubu heyətinə qatmaq istəyir.
Qol.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçini "Liverpul" transfer etməyə çalışır. Klub nümayəndələri artıq Hakanın meneceri ilə də danışıqlar aparır. "Mersisaydlılar" türkiyəli oyunçunun iyun ayında başa çatacaq müqaviləsinin hələ də yenilənməməsindən yararlanmağı planlaşdırır.
Qeyd edək ki, Çalhanoğlunu Qətərin "Əl-Duhail", İtaliyanın "Yuventus" klubları da transfer etmək istəyir.