Formula 1 Azərbaycan Qran Prisi 2021-də qəza baş verdi (FOTO/VİDEO)


Formula 1 Azərbaycan Qran Prisinin əsas mərhələsində qəza baş verib.

Trend-in məlumatına görə, “Aston Martin” komandasının pilotu Lens Stroll təkərlərində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək təhlükəsizlik bariyerinə çırpılıb.

Lens Stroll bununla da yarışda mübarizəni dayandırıb. Onun bolidi trekdən kənarlaşdırılıb.