Futbol üzrə Avropa çempionatında B qrupunun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, Sankt-Peterburqdakı eyniadlı stadionda Rusiya və Belçika yığmaları üz-üzə gəlib. Görüş Belçikanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 10-cu və 89-cu dəqiqələrdə Romelu Lukaku vurub. Daha bir qolun müəllifi isə 34-cü dəqiqədə Tomas Mönyö olub.
Qrupun digər oyununda Finlandiya Danimarkanı məğlub edib - 1:0.