Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın "Universitatya" (Krayova) komandasının yarımmüdafiəçisi Aleksandru Çikıldeu ilə anlaşıb.
24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Rumıniya millisinin də formasını geyinən Çikıldeu meydana çıxdığı 14 oyunda 2 qol vurub.