"Yuventus" un hücumçusu Kriştiano Ronaldo bu gün Turin şəhərinə qayıdacaq.
Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu sabah tətildən sonra komandası ilə ilk məşqinə çıxacaq.
Qeyd edək ki, "Yuventus"un vitse-prezidenti Pavel Nedved Ronaldonun "Yuventus"da qalacağını açıqlamışdı. Onun Turin klubu ilə müqaviləsi 2022-ci ilin iyunu başa çatır.