PSJ-nin qapıçısı Canluici Donnarummanın yeni klubundakı maaşı müəyyənləşib.
Qol.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı qolkiper Paris təmsilçisində vergiləri çıxmaq şərti ilə ilinə 7 milyon avro qazanacaq.
Qeyd edək ki, Donnarummanın sabiq klubu "Milan"dakı maaş isə illik 6 milyon avro idi.
Xatırladaq ki, italiyalı qapıçı PSJ ilə 5 illik müqavilə imzalayıb.