Üzgüçülük üzrə kişilərdən ibarət Rusiya milli komandası Tokioda keçirilən Olimpiya Oyunlarında sərbəst növ üzrə 4 x200 metr məsafəyə yarışlarda gümüş medal qazanıb.
Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. İngiltərə milli komandası ən yüksək nəticəni qazanaraq, fəxri kürsünün zirvəsinə qalxıb. Avstraliyalı idmançılar isə üçüncü olublar.