Tokio-2020: Azərbaycan ilk medalı qazandı - YENİLƏNİB

İrina Kindzerskaya Azərbaycana Tokio Olimpiadasında ilk medalı qazandırıb.
Oxu.Az xəbər verir ki, Ukrayna əsilli idmançımız cüdo yarışlarının son günündə Şiyan Suya ipponla qalib gələrək bürünc medalı əldə edib.
Bu, Azərbaycanın ilk medalıdır.

12:11

İrina Kindzerskaya yarımfinalda Akira Sone (Yaponiya) ilə qarşılaşıb.

Lakin idmançımız finala gedən yolda meydan sahibi idmançısına ipponla uduzub. İrina bürünc medal qazanmaq üçün Şiyan Su (Çin) ilə qarşılaşacaq. 

08:03

İrina Kindzerskaya 1/4 finalda Mi-cin Hanla (Koreya) qarşılaşıb.

O, ipponla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

07:27

Azərbaycanın cüdo millisinin son üzvü İrina Kindzerskaya Tokio Olimpiadasında mübarizəyə qoşulub.

Oxu.Az xəbər verir ki, 78 kq-dan yuxarı çəki kateqoriyasında baş tutan görüşdə İrinanın 1/8 finaldakı rəqibi Larisa Seriç (Bosniya və Herseqovina) olub.

İdmançımız rəqibinə ipponla qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.