Tokio-2020: Keniyalı atletdə dopinq aşkarlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Keniya yığmasının atletində dopinq aşkarlanıb.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, idmançıdan götürülmüş analiz nümunələri onun qanında qadağan olunmuş maddənin olduğunu göstərib.

Bu, səbəbdən o, sprint yarışlarından kənarlaşdırılıb və bugünkü təsnifatda iştirak etməyib. Adı açıqlanmayan atlet növbəti dəfə dopinq-testdən keçmək istədiyini bildirib.