Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 25 növ üzrə mübarizə gedib.
"Report"un məlumatına görə, daha 26 dəst medala idman gimnastikası, atletika, boks, velosiped idmanı, suya tullanma, qılıncoynatma, qolf, yelkənli qayıqsürmə, tennis və ağırlıqqaldırmada sahiblərini tapıb. Beləliklə, 180 dəst medala 76 ölkənin idmançıları yiyələnib.
Bu gün ikinci bürünc medalını qazanan Azərbaycan 70-ci pillədəki mövqeyini qoruyub.
Siyahıya 51 (24 qızıl, 14 gümüş, 13 bürünc) medalla Çin başçılıq edir.
59 (20 qızıl, 23 gümüş, 16 bürünc) medal qazanan ABŞ keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 17 "qızıl", 5 "gümüş" və 9 "bürünc"lə Yaponiya tutur.
Aktivində 1 qızıl və 2 bürünc medal olan Türkiyə siyahıda 40-cıdır.