"Lex"i 5:1 hesabiyla məğlub edən "Qarabağ" klubu 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. İlk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Matçda Ozobiç, Medina, Abbas Hüseynov hərəsinə bir qolla yadda qalıb. Kadi isə iki dəfə fərqlənərək dubla imza atıb.Oyundan sonra klubun qələbəsinə sevinən azarkeşlər küçələrə axışıb və Ağdam təmsilçisinin mərhələ adlamasını qeyd ediblər.
“Bu qələbə “Azərbaycan futbolu yeni mərhələyəmi adlayır, qələbənin davamı gələcəkmi?” kimi suallar yaradır.Sosial şəbəkə istifadəçiləri klubun daha çox qələbə qazanmasını və Çempionlar Liqasında özünü göstərməsini arzu ediblər.
"Qarabağ"ın Azərbycan futbolunda ən çox uğur əldə edən klub olduğunu deyən "525"ci qəzetin baş redaktoru Rəşad Məcid "Sherg.az"a açıqlamasında bildirib ki, klub təkçə idmanda deyil, həmçinin işğal olunmuş ərazilərin ictimailəşməsində böyük addımlar atıb:
"Klub dönüş nöqtəsini 2009-cu ilin iyulun 22-də Bakıda Norveçin "Rosenborg" klubuna qalib gəlməklə edib. Həmin gün "Qarabağ" ilk dəfə Azərbaycan klubları arasında növbəti liqaya çıxdı və Avroliqalarda öz qələbələrinin başlanğıcını yaratdı. Onnan sonrakı dövrdə də “Qarabağ” bizi hər zaman sevindirib. Klubun beynəlxalq arenalardakı çıxışı gösərirdi ki,işğa altında olan belə bir rayon var və o dağıdılsa da, onun komandası oynayır. "Qarabağ" "Çelsi","Roma","Atletico Madrid" kimi komandalarını Bakıya gətirib. Azərbaycan futbolunda Qurban Qurbanovun peşəkarlığı, ləyaqəti və soyuqqanlılığı nümunə olub. Bu qələbə heç də təsadüfü deyildi. Ağdam təmsilçisinə azarkeşlır dəstək oldular və göstərdilər ki biz Polşa azarkeşlərindən daha əzmkarıq. Bu gedişlə əminəm ki, Qurban Qurbanovun yetirmələri yenə əzmkar oyun nümayiş etirərərək mərhələlər adlayacaq".