Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, yarımfinala son vəsiqənin sahibi Fransa millisi olub. "Xoruzlar" 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb - 2:1.
Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn tarazlığı bərpa edib. 78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə ingilislər yenə penalti vurmaq hüququ qazanıblar. Lakin topa yaxınlaşan Keyn bu dəfə hədəfdən yayınıb.
Beləliklə, Fransa yığması qələbə sayəsində finala gedən yolda Mərakeş seçməsinə rəqib olub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.