İngiltərə millisi dünya çempionatları tarixində antirekorda imza atıb


İngiltərə millisi dünya çempionatları tarixində antirekorda imza atıb.

"Report" xəbər verir ki, Böyük Britaniya təmsilçisi 7-ci dəfə mundialların 1/4 final mərhələsində mübarizəni dayandırıb. Bu, dünya futbolunda ən zəif göstəricidir.

İngilislər daha əvvəl 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə eyni aqibətlə üzləşib.

Qeyd edək ki, İngiltərə millisi 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, DÇ-2022 ilə vidalaşıb.