Qətərdə keçirilən futbol üzrə dünya çempionatının Argentina və Xorvatiya milliləri arasında keçiriləcək ilk yarımfinal matçının baş hakimi italiyalı Daniel Orsato olacaq.
Trend xəbər verir ki, bu barədə bazar günü "Sky Sports" qəzeti məlumat yayıb.
İtalya hakimin köməkçiləri onun həmyerliləri Çiro Karbone və Alessandro Callatini olacaq. Video-assistent olaraq Massimiliano İrrati təyin edilib, onun köməkçisi isə Paolo Valerinin olacaq.
Xatırladaq ki, Argentina-Xorvatiya matçı dekabrın 13-ü saat 23:00-da başlayalacaq.